Bank Of Baku

Azərbaycan bank sektorunda kassa dövriyyəsi son bir ildə 26% artıb

Azərbaycan bank sektorunda kassa dövriyyəsi son bir ildə 26% artıb
# 06 yanvar 2009 10:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sistemində 2008-ci ilin yanvar-noyabr ayları ərzində kassa dövriyyəsi üzrə mədaxil 17 593 724 500 manat, məxaric isə 18 578 927 400 manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, kassa mədaxili 2007-ci ilin eyni dövrü ilə müqayisədə 27,4%, məxaric isə 25,9% artıb.
Beləliklə, ötən ilin ilk 11 ayı ərzində kassa emissiyanın həcmi 985,2 mln. manat, bankların əməliyyat kassasının mədaxil və məxaric üzrə qalığı nəzərə alınmaqla isə 1 025,4 mln. manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artıb. Qeyd edək ki, dövrün sonuna mədaxil üzrə bank əməliyyat kassa qalıqları 122 798 200 manat, məxaric üzrə isə 162 694 100 manat təşkil edib.
Mədaxilin strukturunda əsas yeri xarici valyuta satışından (ümumi mədaxilin 28,94%-i), qeyri-dövlət müəssisələrindən (20,08%) və əhalinin əmanətləri hesabına (12,47%) mədaxil təşkil edib.
Məxaricin strukturunda isə əsas yeri qeyri-dövlət müəssisələrinin ödənişləri (34,42%), əhalinin əmanətləri (11,39%) və xarici valyutanın alınması (10,95%) üzrə xərclər tutub.
Xarici valyuta satışından daxil olan vəsaitlərin illik artımı 48%, qeyri-dövlət müəssisələrindən daxil olan vəsaitlərin azalması 21,6% olub, əhalinin əmanətlərinin hesabına daxilolmaların həcmi isə 1,2 dəfə artıb. Eyni zamanda, məxaricin əsas tərkib hissəsi olan qeyri-dövlət müəssisələrinin ödənişlərinin illik azalması 7,5%, əhalinin əmanətlərinin hesabından məxaric 1,1 dəfə artıb, xarici valyutanın alınmasına çəkilən xərclər isə 40,3% artıb.
Bank sistemində gündəlik kassa mədaxili 52,519 mln. manat, məxaric isə 55,459 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR