Bank Of Baku

«Muğanbank» ötən il aktivlərini 24% artırıb

«Muğanbank» ötən il aktivlərini 24% artırıb
# 21 yanvar 2009 08:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğanbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 100,747 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 23,9% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 58,4% genişlənərək 39,986 mln. manat, kredit portfeli 36,5% artaraq 66,40 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 46,5% azalaraq 12,641 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 8,4% artaraq 14,871 mln. manat, o cümlədən nizamnamə kapitalı 9% artaraq 12 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 60,5% artaraq 14,321 mln. manata, xərcləri isə 73,6% artaraq 12,742 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 0,4% azalaraq 1,578 mln. manat, xalis mənfəəti isə 2% azalaraq 1,211 mln. manat təşkil edib.
Həmçinin, bu dövr ərzində bank tərəfindən əlavə 6 filial açıb, 5 bankomat və 13 POS-terminal quraşdırılıb. Bankın işçilərinin sayı isə 31,8% artaraq 319 nəfərə çatıb.
Xatırladaq ki, «Muğanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 25 filialı, 26 bankomatı və 62 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR