Bank Of Baku

«AGBank» ötən il mənfəətini 76% artırıb

«AGBank» ötən il mənfəətini 76% artırıb
# 21 yanvar 2009 09:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankının (SİB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 211,216 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 32,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 26,4% artaraq 130,437 mln. manata, kredit portfeli 41,2% artaraq 154,580 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 71,2% azalaraq 12,120 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 58,4% artaraq 29,962 mln. manat, o cümlədən, nizamnamə kapitalı 25% artaraq 15 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 59% artaraq 34,602 mln. manata, xərcləri isə 54,7% artaraq 26,433 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 75,5% artaraq 8,169 mln. manat, xalis mənfəəti isə 9,4% azalaraq 3,259 mln. manat olub.
Bank bu müddət ərzində əlavə 3 filial açıb, 7 bankomat və 83 POS-terminal quraşdırıb. Bankın işçilərinin sayı 31,3% ataraq 415 nəfərə, orta aylıq əmək haqqı isə 4,2% artaraq 748 manata çatıb.
Xatırladaq ki, «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 16 filialı, 53 bankomatı və 376 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR