Bank Of Baku

Sabah «NBCBank»ın yeni regional filialı açılacaq

Sabah «NBCBank»ın yeni regional filialı açılacaq
# 21 yanvar 2009 10:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankının (SKB) Sumqayıt filialı yanvar ayının 22-dən etibarən fəaliyyətə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Yusif Abdullayev bildirib.
Y.Abdullayevin sözlərinə görə, yeni filial üçün lisenziya Azərbaycan Milli Bankı tərəfindən ötən həftənin sonunda verilib. Bu filial vasitəsi ilə müştərilər bütün bank xidmətləri, o cümlədən sürətli pul köçürmələri, kommunal ödənişlər, kassa-hesablaşma əməliyyatları, cari hesabların açılması və kredit-depozit əməliyyatları həyata keçirə bilərlər.
Y.Abdullayev bildirib ki, hazırda bankın respublika üzrə 6 filialı fəaliyyət göstərir. Bankın üç illik (2008-2010-ci illər) strateji planına əsasən, daha 4 yeni filialın açılması nəzərdə tutulub.
Xatırladaq ki, «NBCBank» SKB 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb və 2002-ci ildə brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 39,832 mln. manat, kredit portfeli 34,158 mln. manat, depozit portfeli 5,351 mln. manat, məcmu kapitalı 14,652 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR