Bank Of Baku

«Birlik Bank» ötən il aktivlərini 22% artırıb

«Birlik Bank» ötən il aktivlərini 22% artırıb
# 21 yanvar 2009 11:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Birlik Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 40,637 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 21,6% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 52,7% azalaraq 925 min manat, kredit portfeli 27,7% artaraq 28,626 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,8 dəfə azalaraq 4,529 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 50% artaraq 18,099 mln. manata, o cümlədən nizamnamə kapitalı 60% artaraq 16 mln. manata çatıb.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 15,9% artaraq 3,445 mln. manat, xərcləri isə 6 dəfə artaraq 3,655 mln. manat təşkil edib. Nəticədə, bank 2008-ci ili 210 min manat zərərlə başa vurub.
Həmçinin qeyd edilməlidir ki, ötən il ərzində bankın dövlət büdcəsinə ödədiyi vəsaitlərin həcmi 7,7 dəfə azalaraq 72 min manat, sərmayələr isə sabit qalaraq 120 min manat təşkil edib. Bankın işçilərinin sayı 57,6% artaraq 52 nəfərə, orta aylıq əmək haqqı isə 2 dəfə artaraq 200 manat olub.
Xatırladaq ki, təsisçisi 20 yerli fiziki şəxs olan «Birlik Bank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 3 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR