Bank Of Baku

İnkişaf edən ölkələrə birbaşa investisiyalar kəskin azalacaq

İnkişaf edən ölkələrə birbaşa investisiyalar kəskin azalacaq
# 21 yanvar 2009 12:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu il dünya miqyasında inkişafda olan ölkələrə yatırılan birbaşa xarici investisiyaların həcminin 180 mlrd. dollar və ya 31% azalacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, Dünya Bankının ekspertləri belə bir qənaətə gəliblər ki, bunun səbəbi dünya iqtisadi böhranı ilə əlaqədar şirkətlərin hasilat sənayesinə investisiyalarını azaltması ilə bağlıdır.
BMT-nin hesablamalarına görə, inkişafda olan ölkələrə xarici investisiyaların həcmi 2008-ci ildə 10% azalıb və bu tendensiya 2009-cu ildə də davam edəcək. Belə ki, dünyanın üçüncü ən iri metallurgiya şirkəti olan «Rio Tinto» Braziliyada 2,5 mlrd. dollarlıq, Yaponiyanın «Honda» şirkəti Argentinada 100 mln. dollarlıq, «Hitachi» şirkəti isə Çində 1 mlrd. dollarlıq layihənin icrasını dayandırıb.
Birbaşa investisiyalardan başqa, portfel investisiyalarının da azalacağı gözlənilir. Artıq 2008-ci ildə inkişafda olan ölkələrdə yerləşən şirkətlərin səhm və istiqrazların alınmasına yönəltdikləri vəsaitlərin həcmi 67 mlrd. dollar azalıb, halbuki 2007-ci ildə bu göstərici 62 mlrd. dollar artıb.
Qeyd edək ki, Azərbaycanda sözügedən proses artıq başlayıb. Belə ki, 2008-ci ildə ölkəyə yönəldilən xarici investisiyaların həcmi əvvəlki illə müqayisədə 16,3% azalıb. Eyni zamanda, ümumilikdə investisiyaların həcmi 34,3% artıb ki, bu da investisiya sahəsində daxili mənbələrin rolu və xüsusi çəkisinin artmasını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR