Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq təşkilatlarının lizinq portfelinin 2009-cu il yanvar ayının 1-nə olan həcmi barədə məlumat verilir:
Lizinq təşkilatları | Lizinq portfeli | |
1 | Joint Leasing | 55,59 |
2 | UniLeasing | 37,64 |
3 | Parex Leasing & Factoring | 35,62 |
4 | AGLeasing | 12,53 |
5 | Texnika Leasing | 6,56 |
6 | Nikoil Leasing | 5,81 |
7 | AtaLeasing | 3,51 |
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında portfelin həcminə görə ölkənin ən iri bank təşkilatının (Azərbaycan Beynəlxalq Bankı) təsisçiliyi ilə yaradılmış «Joint Leasing» şirkəti renkinqdə liderlik edir. İlk üçlüyə isə həmçinin «UniLeasing» və «Parex Leasing & Factoring» şirkətləri düşüb. Bu üç şirkətin məcmu lizinq portfelinin həcmi cari ilin əvvəlinə 129 mln. manata çatır. Sonrakı yerləri tutan 4 şirkətin lizinq portfelinin ümumi həcmi isə bu göstəricidən təxminən 4 dəfə azdır.