Bank Of Baku

«Rabitəbank» ötən il xalis mənfəətini 53 dəfə artırıb

«Rabitəbank» ötən il xalis mənfəətini 53 dəfə artırıb
# 21 yanvar 2009 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 94,425 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 24,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 24,6% genişlənərək 76,958 mln. manata, kredit portfeli isə 35% artaraq 68,434 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 31,2% artaraq 23,081 mln. manata çatıb. Bankın məcmu kapitalı 23,1% artaraq 12,326 mln. manat, o cümlədən nizamnamə kapitalı 21,4% artaraq 8,5 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 93,3% artaraq 16,565 mln. manat, xərcləri isə 83% artaraq 15,291 mln. manat olub. Nəticədə, bankın mənfəəti 5,8 dəfə artaraq 1,274 mln. manat, xalis mənfəəti isə 53 dəfə artaraq 742 min manat təşkil edib.
Bu müddət ərzində bankın ümumi vergi ödənişlərinin həcmi 2,6 dəfə artaraq 532 min manata, PR və marketinq xərcləri isə 1,2% artaraq 250 min manata çatıb.
Qeyd edək ki, bu dövr ərzində bankın investisiya yatırımlarının həcmi 14,8% azalaraq 299 min manat olub.
Bundan başqa, 2008-ci il ərzində bank əlavə 3 filial açıb, 16 POS-terminal quraşdırıb. Bankın mübadilə məntəqələrinin sayı 73% azalaraq cari ilin əvvəlinə 4 olub. Həmçinin, bankın işçilərinin sayı 15% artaraq 315 nəfər, orta aylıq əmək haqqı isə 36,8% artaraq 859 manat təşkil edib.
Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 18 filialı, 4 mübadilə məntəqəsi, 21 bankomatı və 84 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR