Bank Of Baku

«Parex Leasing» şirkətinin Azərbaycan nümayəndəliyinin başçısı Latviyaya geri çağırılıb

«Parex Leasing» şirkətinin Azərbaycan nümayəndəliyinin başçısı Latviyaya geri çağırılıb
# 21 yanvar 2009 14:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Latviyanın «Parex Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing & Factoring» şirkətinin direktoru Oskar Meletis baş ofis tərəfindən geri çağırılıb.
Şirkət direktorunun birinci müavini Rəşad İsmayılovun «APA-Economics»ə verdiyi məlumata görə, O.Meletisin geri çağırılmasının əsas səbəbi şirkətin Bakı ofisinə rəhbər vəzifəyə yerli nümayəndənin təyin olunması ilə bağlıdır.
R.İsmayılov bildirib ki, O.Meletisin geri çağırılması şirkətin fəaliyyətinə heç böir təsir göstərməyəcək: «Hazırda şirkət diqqətini müştərilər tərəfindən vəsaitlərin vaxtında ödənilməsi məsələsinə yönəldib. Müştərilər ödənişləri vaxtında yerinə yetirərsə, lizinqin verilməsi prosesi də davam etdiriləcək».
Xatırladaq ki, «Parex Leasing & Factoring» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin lizinq portfelinin həcmi 35,620 mln. manat, məcmu kapitalı 194,785 min manat, nizamnamə kapitalı isə 40,750 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR