Bank Of Baku

«Bank Avrasiya» ötən il kredit portfelini 155 dəfə artırıb

«Bank Avrasiya» ötən il kredit portfelini 155 dəfə artırıb
# 22 yanvar 2009 06:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 45,171 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 76,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 3,8 dəfə genişlənərək 20,857 mln. manata, kredit portfeli 155 dəfə artaraq 27,074 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 32,1 dəfə artaraq 5,631 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 2,6% artaraq 20,434 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat olub.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 28,9 dəfə artaraq 5,687 mln. manata, xərcləri isə 25,9 dəfə artaraq 5,599 mln. manata çatıb. Nəticədə, bankın 2008-ci il ərzində əldə etdiyi mənfəətin həcmi 88,4 min manat olub.
Bu dövr ərzində bank tərəfindən 1 bankomat və 16 POS-terminal quraşdırılıb. Cari ilin yanvar ayının 1-nə bankın işçilərinin sayı 78,3% artaraq 41 nəfərə çatıb.
Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Hazırda bankın 1 bankomatı, 16 POS-terminalı və 1 mübadilə məntəqəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR