Bank Of Baku

«Joint Leasing» şirkəti ötən il lizinq portfelini 9% artırıb

«Joint Leasing» şirkəti ötən il lizinq portfelini 9% artırıb
# 22 yanvar 2009 06:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Joint Leasing» Azərbaycan-Britaniya şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 55,587 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 9,2% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin lizinq müqavilələrinin sayı 20,4% artaraq 384, verilən avadanlıqların dəyəri isə 6,8% azalaraq 23,084 mln. manat təşkil edib.
Şirkətin il ərzində ölkə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,3% azalaraq 21,974 mln. manat, nizamnamə kapitalı isə sabit qalaraq 700 min manat olub.
Xatırladaq ki, «Joint Leasing» QSC 2007-ci ilin iyun ayının 14-dən «AzeriLeasing» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Azərbaycan Beynəlxalq Bankı (47,6%) və Böyük Britaniyanın «Dolphin Leasing» şirkəti (52,4%) çıxış edir. «Joint Leasing» şirkətinin sələfi, Azərbaycanın ilk lizinq şirkəti olan «AzeriLeasing» isə 1999-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR