Bank Of Baku

«Paşa Bank» ötən il aktivlərini 4 dəfə artırıb

«Paşa Bank» ötən il aktivlərini 4 dəfə artırıb
# 22 yanvar 2009 07:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 198,254 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 4,3 dəfə çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 7,2 dəfə genişlənərək 82,344 mln. manata, kredit portfeli isə 4,3 dəfə artaraq 44,403 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 3,2 dəfə artaraq 109,706 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,9 dəfə artaraq 100 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 70,2 dəfə artaraq 20,561 mln. manat, xərcləri isə 13,4 dəfə artaraq 11,309 mln. manat olub. Nəticədə, bankın 2008-ci ilə ərzində əldə etdiyi mənfəətin həcmi 9,252 mln. manat olub.
Bu müddət ərzində bank tərəfindən 2 bankomat və 2 POS-terminal quraşdırılıb.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın işçilərinin sayı 62 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR