Bank Of Baku

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,8666 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,8666 təşkil edib
# 22 yanvar 2009 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2009-cu ilin yanvar ayının 22-nə dəyişməz qalaraq 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,1335 bənd və ya 13,35% azalaraq 0,8666 təşkil edib.
ANBDI indeksinin kəskin azalması yanvarın 21-də 40 mln. manat həcmində notların dövriyyədən çıxarılması və əvəzində 22,69 mln. manat həcmində yeni buraxılışın yerləşdirməsi nəticəsində baş verib. Beləliklə, dövriyyədə olan notların həcmi 17,31 mln. manat azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR