Bank Of Baku

«Azərdəmiryolbank» vasitəsi ilə aparılan kommunal ödənişlər ötən il 15 mln. manatı ötüb

«Azərdəmiryolbank» vasitəsi ilə aparılan kommunal ödənişlər ötən il 15 mln. manatı ötüb
# 22 yanvar 2009 08:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) vasitəsilə 2008-ci il ərzində aparılmış kommunal ödənişlərin məcmu həcmi 15,2 mln. manat təşkil edib.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, ödənişlər sırasında ən yüksək artım (42%) elektrik enerjisi üzrə müşahidə olunub və yekunda 2,82 mln. manat, qaz üçün 38% artaraq 335 min manat, «Nar Mobile» mobil rabitə operatorunun xidmətləri üzrə 17 dəfə artaraq 17 min manat, büdcə ödənişləri isə 49% artaraq 1,19 mln. manat təşkil edib.
Bununla yanaşı, «Azercell» xidmətləri hesabına 1,73 mln. manat, «Bakcell» xidmətləri üzrə 487 min manat, su təchizatına görə 111 min manat, digər hesablaşmalar üzrə isə 8,5 mln. manat ödəniş aparılıb.
Qeyd edək ki, «Azərdəmiryolbank» Azərbaycan Milli Bankı nəzdində yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) ilk iştirakçısıdır.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı var. Səhmlərin 25%+1 səhmi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10%-i hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» 1989-cu ildə təsis edilib. Hazırda bankın 27 filialı fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 224,698 mln. manat, kredit portfeli 168,592 mln. manat, depozit portfeli 49,497 mln. manat, məcmu kapitalı 37,398 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,40 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR