Bank Of Baku

Azərbaycandakı lizinq şirkətlərinin investisiyaların həcminə görə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin investisiyaların həcminə görə renkinqi
# 22 yanvar 2009 09:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın maliyyə sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin əsas göstəricilərinin qiymətləndirilməsi layihəsi çərçivəsində «APA-Economics» lizinq təşkilatlarının rüblük renkinqlərini hazırlayır.
Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətlərinin investisiyalarının 2009-cu il yanvar ayının 1-nə həcmi barədə məlumat verilir:

(mln. AZN)

Lizinq təşkilatları

İnvestisiyaların həcmi


1

Parex Leasing & Factoring

25,11

2

UniLeasing

22,49

3

Joint Leasing

21,97

4

Nikoil Leasing

5,88

5

AtaLeasing

2,93

6

Texnika Leasing

2,47

7

AGLeasing

-



Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında investisiyanın həcminə görə Latviyanın «Parex Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing & Factoring» şirkəti liderlik edir. İlk üçlüyə həmçinin «UniLeasing» və «Joint Leasing» şirkətləri daxildir. Bu üç şirkətin ölkə iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi cari ilin əvvəlinə təxminən 70 mln. manata çatır. Sonrakı yerləri tutan üç şirkətin investisiyalarının məcmu həcmi isə bu göstəricidən təxminən 6,2 dəfə azdır.
Maraqlıdır ki, renkiqdə 3-cü və 4-cü yerləri tutan lzinq şirkətlərinin investisiyalarının həcm göstəriciləri arasında təxminən 4 dəfə fərq var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR