Bank Of Baku

«Atrabank» ötən il aktivlərini 10% artırıb

«Atrabank» ötən il aktivlərini 10% artırıb
# 22 yanvar 2009 09:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 35,181 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 9,9% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 17,2% azalaraq 4,067 mln. manat, kredit portfeli 0,8% azalaraq 24,440 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 14,4% artaraq 4,536 mln. manat olub.
Bu müddət ərzində bankın məcmu kapitalı 0,2% artaraq 11,058 mln. manat, o cümlədən nizamnamə kapitalı 3,5% artaraq 10,425 mln. manat təşkil edib.
Qeyd edək ki, 2008-ci il ərzində bankın gəlirləri 8,8% artaraq 4,153 mln. manata, xərcləri isə 10,2% artaraq 4,122 mln. manata çatıb. Nəticədə, 2008-ci il ərzində bankın mənfəəti 2,5 dəfə azalaraq 31,06 min manat təşkil edib. Bankın ümumi vergi ödənişlərinin həcmi 14,2% artaraq 177 min manat, PR və marketinq xərcləri isə 2 dəfə azalaraq 12 min manat olub.
Bundan başqa, ötən il ərzində bank tərəfindən əlavə 2 filial açılıb, həmçinin 6 bankomat və 27 POS-terminal quraşdırılıb. Bu müddət ərzində bankın işçilərinin sayı 22,3% artaraq 126 nəfərə, orta aylıq əmək haqqı isə 2,1% artaraq 529 manata çatıb.
Xatırladaq ki «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın respublika üzrə 11 filialı, 1 mübadilə məntəqəsi, 12 bankomatı və 41 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR