Bank Of Baku

Azərbaycan bu il «bir pəncərə» qeydiyyat sisteminin qanunvericilik bazasını təkmilləşdirəcək

Azərbaycan bu il «bir pəncərə» qeydiyyat sisteminin qanunvericilik bazasını təkmilləşdirəcək
# 22 yanvar 2009 11:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi «bir pəncərə» qeydiyyat sisteminin qanunvericilik bazasının təkmilləşdirilməsinə dair Tədbirlər Planını bu il ərzində ölkə hökumətinə təqdim edəcək. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsinin rəisi Zaur Fətizadə bildirib.
Ə.Fətizadənin sözlərinə görə, tətbiqinə 2008-ci ilin yanvar ayının 1-də başlanılan «bir pəncərə» sistemində ötən müddət ərzində problemlər yaranmayıb: «Məlum olduğu kimi, «bir pəncərə» sistemində qeydiyyat üç gün ərzində aparılır. Əlbəttə, biz istərdik ki, qeydiyyat müddəti bir qədər də azaldılsın. Lakin hazırda buna ehtiyac yoxdur, həmçinin sistemin texniki aspektləri buna imkan vermir».
Z.Fətizadə onu da qeyd edib ki, «bir pəncərə» sisteminin qanunvericilik bazasının təkmilləşdirməsinə ehtiyac duyulur ki, Vergilər Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanır və cari il ərzində ölkə hökumətinə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR