Bank Of Baku

«Qafqaz İnkişaf Bankı» ötən il istehlak kreditlərinin həcmini 93% artırıb

«Qafqaz İnkişaf Bankı» ötən il istehlak kreditlərinin həcmini 93% artırıb
# 22 yanvar 2009 12:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 32,337 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 2% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 8,7% genişlənərək 1,757 mln. manata, kredit portfeli 4,2% artaraq 27,246 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 93% artaraq 2,629 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 0,8% azalaraq 10,437 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 14,4% azalaraq 3,154 mln. manat, xərcləri isə 7,9% azalaraq 3,252 mln. manat olub. Nəticədə, bank 2008-ci ili 98,34 min manat zərərlə başa vurub.
Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-və bankın işçilərinin sayı 67 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR