Bank Of Baku

«Bank Respublika» daha iki regional filial açıb

«Bank Respublika» daha iki regional filial açıb
# 22 yanvar 2009 12:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) Mingəçevir şəhərləri və Şəki rayonunda filialları fəaliyyətə başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Mingəçevir şəhərindəki filial H.Əliyev prospekti,28A ünvanında, Şəkidəki isə M.Ə.Rəsulzadə küç.,180, II-ci giriş ünvanında yerləşir.
Müştərilər hər iki filial vasitəsilə kassa hesablaşması, kredit və depozit əməliyyatları, plastik kartlarla iş, təcili pul köçürmələri, mobil rabitə operatorlarının xidmətləri üzrə ödənişlər və digər xidmətlər üzrə əməliyyat apara bilər.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 32 filial və şöbəsi fəaliyyət göstərir. Bankın regionlarda 17 filialı var.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelindən bankın kapitalında «25%+1 səhm» iştirak paketinə sahibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR