Bank Of Baku

Azərbaycanda hüquqi və fiziki şəxslərə verilən kreditlərin həcmi son bir ildə 59% artıb

Azərbaycanda hüquqi və fiziki şəxslərə verilən kreditlərin həcmi son bir ildə 59% artıb
# 22 yanvar 2009 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan ərazisində fəaliyyət göstərən bank-kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmi 2008-ci ilin dekabr ayının 1-i vəziyyətinə 6,9 mlrd. manat təşkil edib. Bu, 2007-ci ilin analoji dövrü ilə müqayisədə 58,6% və ya 2,5 mlrd. manat çoxdur.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 43,7%-i dövlət, 53,8%-i özəl banklar, 2,5%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 69,2%-ni uzunmüddətli kreditlər təşkil edib. Ödənilmə vaxtı keçmiş kreditlərin məbləği 145,3 mln. manat olub ki, bu da ümumi kreditləşmənin 2,1%-nə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR