Bank Of Baku

Azərbaycanda əhalinin sərəncamında qalan vəsaitin həcmi ötən il 42% artıb

Azərbaycanda əhalinin sərəncamında qalan vəsaitin həcmi ötən il 42% artıb
# 23 yanvar 2009 08:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 37,8% artaraq 20,1 mlrd. manata, hər nəfərə düşən həcmi isə 36,2% artaraq 2 343,2 manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə ölkənin hər sakininə ayda orta hesabla 195,3 manat həcmində gəlir düşüb ki, bu da, 2007-ci ildəkindən 51,9 manat çoxdur.
Ötən il ərzində əhalinin gəlirlərinin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 17 faiz bəndi üstələyib.
Gəlirlərin 66,1%-i əhali tərəfindən son istehlaka, 10,2%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 23,7%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 18 mln. manatlıq vəsait qalıb ki, bu da əvvəlki ildəkindən 42% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR