Bank Of Baku

«Azərdəmiryolbank»ın Bakıda yeni filialı açılıb

«Azərdəmiryolbank»ın Bakıda yeni filialı açılıb
# 23 yanvar 2009 08:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) Bakı şəhərində daha bir filialı - «Xəzər» filialı fəaliyyətə başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial paytaxtın Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi,92 ünvanında yerləşir. Filialda müştərilərə tam çeşiddə bank xidmətləri, o cümlədən fiziki və hüquqi şəxslər üçün depozit hesablarının açılması, kreditlərin verilməsi, təcili pul köçürmələri, plastik kart xidmətləri və digər xidmətlər təklif olunur. Bununla da bankın filial və şöbələrinin ümumi sayı 31-ə çatıb ki, bunun da 13-ü Bakıda yerləşir.
Xatırladaq ki, «Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı var. Bankın nizamnamə kapitalında «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.
«Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 224,698 mln. manat, kredit portfeli 168,592 mln. manat, depozit portfeli 49,497 mln. manat, məcmu kapitalı 37,398 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,40 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR