Bank Of Baku

«Kapital Bank» ötən il aktivlərini 2,3 dəfə artırıb

«Kapital Bank» ötən il aktivlərini 2,3 dəfə artırıb
# 23 yanvar 2009 09:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 577,590 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 2,3 dəfə çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,5 dəfə genişlənərək 481,974 mln. manata, kredit portfeli 3,4 dəfə artaraq 365,847 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 66% artaraq 62,589 mln. manata çatıb. Bankın məcmu kapitalı 2,2 dəfə artaraq 71,910 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 24 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 65% artaraq 57,911 mln. manat, xərcləri isə 81,3% artaraq 53,832 mln. manat olub. Nəticədə, bankın mənfəəti 25,3% azalaraq 4,079 mln. manat, xalis mənfəəti isə 19,2% azalaraq 3,443 mln. manat təşkil edib.
Bu müddət ərzində bank əlavə 1 filial və 3 mübadilə məntəqəsi açıb, 66 bankomat və 140 POS-terminal quraşdırıb. Bankın işçilərinin sayı 7% azalaraq 2 053 nəfərə, orta aylıq əmək haqqı isə 52,6% artaraq 461 manata çatıb.
Xatırladaq ki, hesabat ilində bankın dövlət büdcəsinə ödədiyi vəsaitlərin həcmi 47% azalaraq 636 min manat olub.
Dövlətin 100% təsisçiliyi ilə yaradılan «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Ötən il keçirilən özəlləşdirmə nəticəsində, «Kapital Bank»ın yeni səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir. Hazırda bankın respublika üzrə 89 filialı, 298 bankomatı və 469 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR