Arif Vəliyev: «Ötən il Azərbaycanda adambaşına 5,4 min dollarlıq əlavə dəyər istehsal olunub»
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən DSK-nın sədri Arif Vəliyev qeyd edib ki, 2008-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 10,8% və ya müqayisəli qiymətlərlə 3,7 mlrd. manat artaraq 38 mlrd. manata çatıb. Adambaşına 4 439,9 manatlıq (5 403,9 ABŞ dolları), yaxud 2007-ci ildəkindən 9,5% çox əlavə dəyər istehsal olunub.
A.Vəliyev həmçinin bildirib ki, 2008-ci ildə 28 mlrd. manatlıq sənaye məhsulu istehsal olunaraq, 2007-ci illə müqayisədə 6% artıb: «İl ərzində 44,5 mln. ton neft və 16,3 mlrd. kubmetr qaz hasil olunub ki, bu da 2007-ci ilə nisbətən müvafiq olaraq 4,6% və 50,4% çoxdur».
DSK sədri onu da qeyd edib ki, ötən il Azərbaycanda qarğıdalı da daxil olmaqla 904,7 min hektar sahədən ilkin çəkidə rekord səviyyədə - 2 498,3 min ton taxıl məhsulu toplanılıb ki, hektarın orta məhsuldarlığı 2007-ci ilə nisbətən 0,5 sentner artaraq 27,6 sentnerə yüksəlib. Bundan başqa, 2008-ci ildə Azərbaycanda 6,6 min hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılıb və həmin sahələrdən 181,5 min ton məhsul götürülüb. Nəticədə, 2007-ci ilə nisbətən şəkər çuğundurunun istehsalı 21,2% və ya 31,8 min ton artıb.
A.Vəliyevin sözlərinə görə, 2008-ci il ərzində ölkənin tikinti kompleksində aparılan inşaat işləri üçün bütün maliyyə mənbələrindən 9 073,6 mln. manat məbləğində investisiyadan istifadə edilib, o cümlədən 5 620,4 mln. manatlıq tikinti-quraşdırma işləri görülüb ki, 2007-ci illə müqayisədə istifadə olunmuş vəsaitin məbləği 34,3%, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi isə 56,7% artıb.
Nəqliyyat sahəsində gəldikdə isə, DSK sədri qeyd edib ki, hesabat dövründə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 183 mln. ton yük və 1,2 mlrd. nəfər sərnişin daşınıb, 2007-ci ilə nisbətən yük daşınması 9,2%, sərnişin daşınması isə 8,2% artıb: «Yüklərin 15%-i dəmir yolu, 48,1%-i avtomobil nəqliyyatı, 30,4%-i boru kəməri vasitəsilə, sərnişinlərin 83,2%-i avtomobil nəqliyyatı, 16,1%-i isə metropolitenlə daşınıb».
A.Vəliyev əlavə edib ki, 2008-ci ildə ölkədə fəaliyyət göstərən rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 925,7 mln. manatlıq rabitə xidməti göstərib. Göstərilmiş rabitə xidmətlərinin həcmi 2007-ci illə müqayisədə 28,2% artıb və onun əsas hissəsi (78,9%-i) qeyri-dövlət bölməsinin payına düşüb. Rabitə xidmətlərinin 664,6 mln. manatı və ya 71,8%-i mobil rabitənin payına düşüb: «Mobil telefon abunəçilərində olan nömrələrin sayı son bir il ərzində 1,4 mln. artaraq 5,9 mln-a çatıb və bunun 79%-i aktiv nömrələrdir».
A.Vəliyev həmçinin bildirib ki, 2008-ci ildə əhaliyə 14,3 mlrd. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Ticarət şəbəkəsindən satılmış əmtəələrin müqayisəli qiymətlərlə dəyəri 16,1% artaraq 10,9 mlrd. manata, pullu xidmətlərin həcmi isə 29,7% artaraq 3,4 mlrd. manata çatıb.
DSK sədrinin sözlərinə görə, 2008-ci ilin yanvar-noyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 53,5 mlrd. dollar təşkil edərək 2007-ci ilin müvafiq dövrünə nisbətən 5,1 dəfə artıb. Xarici ticarət əməliyyatlarının 42,6%-i, o cümlədən idxalın 78,8%-i və ixracın 37,6%-i sərbəst dönərli valyuta ilə aparılıb. Xarici ticarətin ümumi həcminin 35,7%-i İtaliya, 11,4%-i ABŞ, 6,7%-i İsrail, 4,7%-i Hindistan, 4,6%-i Fransa, 3,3%-i Rusiya, 2,8%-i İspaniya, 2,7%-i Niderland, 2,6%-i İndoneziya, 2,5%-i Türkiyə, 2,4%-i Birləşmiş Krallığın payına düşüb.
A.Vəliyev ötən ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinin icrasından da danışıb: «Ötən ilin ilk 11 ayında dövlət büdcəsinə 9,4 mlrd. manat, yaxud 2007-ci ilin müvafiq dövründə olduğundan 68,7% və ya 3,8 mlrd. manat çox vəsait daxil olub».
Bu dövrdə büdcədən 8,3 mlrd. manat, yaxud 2007-ci ildəkindən 3,4 mlrd. manat çox (71%) vəsait xərclənib. Büdcə xərclərinin 48,3%-i, yaxud 4 mlrd. manatı iqtisadiyyatın inkişafına, 9,6%-i (794,3 mln. manat) təhsilə, 9%-i (745,7 mln. manat) sosial müdafiə və sosial təminata yönəldilib.
A.Vəliyevin sözlərinə görə, ötən ilin yanvar-noyabr ayları ərzində əhalinin banklardakı əmanətləri 2007-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 32,2% artaraq 1,8 mlrd. manata çatıb.
Bundan başqa, DSK sədri vurğulayıb ki, 2008-ci ilin yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 58,6% artaraq əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla 6,9 mlrd. manata çatıb. Kreditlərin 69,2%-i uzun müddətə verilib, 2,1%-nin ödəmə vaxtı keçib.
DSK sədri ölkənin demoqrafik vəziyyəti haqqında da ətraflı məlumat verib. Belə ki, Azərbaycan əhalisinin sayı ötən il ərzində 1,2% və ya 100 min nəfər artaraq 2009-cu ilin əvvəlinə 8,73 mln. nəfərə çatıb: «Ölkə əhalisinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir və bu gün hər 1 000 nəfər kişiyə 1 027 nəfər qadın düşür».
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
Zelenski Böyük Britaniyaya səfər edib, Starmer, Makron və Merts ilə görüşəcək
Fransa Kiprdə qoşun yerləşdirəcək
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
KİV: İsrail Beyruta endirilən zərbələr barədə ABŞ-ı əvvəlcədən məlumatlandırıb
Ermənistanda səsvermə zamanı 57 qanun pozuntusu siqnalı daxil olub, 14 nəfər saxlanılıb - YENİLƏNİB
Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində azı 3 nəfər ölüb
Şamaxıda zəlzələ olub
9-cu mikrorayonda yaşayış binasında yanğın olub - YENİLƏNİB-1
Ermənistan üçün yol ayrıcı: sülh sazişi, yoxsa revanşizm? - TƏHLİL
Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu düşəcək
XİN: Azov dənizində yük gəmilərinə dron hücumunda yaralananların vəziyyəti yaxşıdır, bəziləri xəstəxanadan buraxılacaq
İstanbulda Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Yuri Uşakov: Rusiya Kiyevlə həm açıq, həm də qapalı təmasları saxlayır
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
Dövlət qulluğuna qəbul imtahanları keçirilir
Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb
Paşinyan: Hazırda nə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı müraciət var, nə də biz buna obyektiv olaraq hazırıq
Sabahın hava proqnozu açıqlanıb
Paşinyan seçkilərin region üçün mümkün nəticələrindən danışıb: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var
Ermənistan MSK sədri: İki seçki komissiyasının sədri və bir katibi tutulub
Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
Bəzi yerlərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Rusiyanın Ukraynanın vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 19 nəfər yaralanıb
Ermənistanda parlament seçkiləri keçirilir
Avropa liderləri Londonda Ukrayna ilə bağlı görüşəcək
ABŞ-da atışma nəticəsində 12 nəfər yaralanıb
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
Türkiyə Venesuelanı məğlub edib
Peruda son 10 ildə doqquzuncu prezident seçiləcək
Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var
Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb
AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb
İranın Xarq adası yaxınlığında partlayış olub
FHN-in xilasediciləri yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaşı xilas edib - VİDEO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb
İsrail ordusu Livanda gedən döyüşlərdə daha iki hərbçisini itirib
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib