Bank Of Baku

«AtaSığorta» şirkəti ötən il mənfəətini 2 dəfədən çox artırıb

«AtaSığorta» şirkəti ötən il mənfəətini 2 dəfədən çox artırıb
# 23 yanvar 2009 11:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2008-ci il ərzində topladığı sığorta haqlarının həcmi 3,6 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 12% azdır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişləri 7,5% azalaraq 690 min manat təşkil edib. Həmçinin, bu müddət ərzində şirkətin aktivləri 29% artaraq cari ilin əvvəlinə 6,135 mln. manata, investisiya portfeli isə 34,9% artaraq 4,925 mln. manata çatıb.
Qeyd edək ki, ötən il ərzində şirkətin gəlirləri 5,6 mln. manat, xərcləri 3,9 mln. manat olub. Nəticədə, «AtaSığorta»nın balans mənfəəti il ərzində 2,3 dəfə artaraq 1,2 mln. manat təşkil edib.
Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR