Bank Of Baku

Azərbaycan əhalisi ötən il bank əmanətlərini 30% artırıb

Azərbaycan əhalisi ötən il bank əmanətlərini 30% artırıb
# 23 yanvar 2009 12:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında əhali tərəfindən yerləşdirilən əmanətlərin həcmi ötən il ərzində 435,3 mln. manat və ya 29,7% artaraq 2009-cu ilin yanvarın 1-nə 1 903,7 mln. manat təşkil edib.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, dekabr ayında əhalinin əmanətləri 95,7 mln. manat və ya 5,3% artıb. Qeyd edək ki, il ərzində əmanətlərin həcminin azalması yalnız oktyabrda müşahidə olunub və bundan sonra, noyabrda əmanətlərin həcmi yenidən artmağa başlayıb. Belə ki, noyabrda əhalinin əmanətləri 14 mln. manat və ya 0,8% artıb.
Oktyabrda baş verən əmanətlərin azalması Milli Bankı tərəfindən bank kreditləşməsinin məhdudlaşması ilə əsaslandırılıb. Belə ki, kreditləşmənin kəskin azalması şəraitində bəzi əmanətçilər öz investisiya məqsədləri üçün bank əmanətlərindən istifadə etmək məcburiyyətində qalıb və vəsaitlərini geri götürməyə başlayıb.
Ümumilikdə, əmanətlərin 2008-ci il ərzində dinamikası aşağıdakı kimi olub və ümumilikdə artımın olduğunu əks etdirir:



Beləliklə, bank sisteminin əsas göstəricilərində biri olan əhalinin əmanətlərinin həcmi artmaqdadır. Həmçinin qeyd etmək lazımdır ki, dekabr ayında əmanətlərin artım tempi (mütləq ifadədə) kəskin artıb. Belə ki, il ərzində orta aylıq artım həcmi 36,3 mln. manat təşkil etdiyi halda, dekabrda bu göstərici 95,7 mln. manata bərabər olub.
Qeyd edək ki, oktyabrda müşahidə olunan azalmanın həcmi 94,7 mln. manat təşkil edib və noyabr-dekabr aylarında 109,7 mln. manat həcmində qeydə alınan artım hesabına bu azalma tamamilə örtülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR