Bank Of Baku

Gələn həftədən Azərbaycanda aktuarilər üçün növbəti kurslar başlayacaq

Gələn həftədən Azərbaycanda aktuarilər üçün növbəti kurslar başlayacaq
# 23 yanvar 2009 12:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Maliyyə Nazirliyi yanvar ayının 26-dan etibarən birgə aktuarilər üçün növbəti kurslara başlayacaq. Bu barədə «APA-Economics»ə ASA-nın icraçı direktoru Qafar Məcidov məlumat verib.
Q.Məcidovun sözlərinə görə, üç həftəlik kurslarda 30 nəfərin iştirakı nəzərdə tutulub. Ödənişli əsaslarla təşkil olunacaq kurslarda dərslər Sadıx Mansurov («Atəşgah Sığorta» şirkəti), Turan Məmmədov (Bakı Dövlət Universiteti) və Tofiq Məmtiyev (Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsi) tərəfindən keçiriləcək.
Qeyd edək ki, ilk aktuari kursu ötən ilin qış aylarında Maliyyə Nazirliyi, USAID və ASA tərəfindən təşkil olunub. «Aktuar riyaziyyatın sığorta, pensiya təminatı və investisiya sahələrinə tətbiqi» mövzusunda keçirilən tədris proqramında 6 aktuari beynəlxalq standartlara uyğun sertifikata layiq görülüb.
Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda «Günay-Anadolu» sığorta şirkətindən başqa, digər 27 sığorta şirkəti qurumun üzvüdür. Sığorta təşkilatların ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR