Bank Of Baku

Azərbaycanda «İpoteka və sığorta» mövzusunda konfrans keçiriləcək

Azərbaycanda «İpoteka və sığorta» mövzusunda konfrans keçiriləcək
# 23 yanvar 2009 13:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə fevral ayının 16-da Bakıda «İpoteka və sığorta» mövzusunda konfrans keçirəcək.
ASA-dan «APA-Economics»ə verilən məlumata görə, tədbir Azərbaycan Maliyyə Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə keçiriləcək. Konfransa ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndələri, müvafiq dövlət qurumları və beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri qatılacaq.
Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda «Günay-Anadolu» sığorta şirkətindən başqa, ölkədəki digər 27 sığorta şirkəti qurumun üzvüdür. Sığorta təşkilatların ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR