Bank Of Baku

Azərbaycandakı lizinq şirkətlərinin nizamnamə kapitalının həcminə görə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin nizamnamə kapitalının həcminə görə renkinqi
# 23 yanvar 2009 13:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «APA-Economics» Azərbaycanda ilk dəfə olaraq maliyyə sektorunun subyektlərinin göstəriciləri üzrə renkinqlərin hazırlanması çərçivəsində yeni layihəyə start verib. Bu ildən etibarən «APA-Economics» ölkədə fəaliyyət göstərən lizinq təşkilatlarının müxtəlif maliyyə göstəriciləri üzrə rüblük renkinqlər tərtib edəcək.
Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq təşkilatlarının nizamnamə kapitallarının 2009-cu il yanvar ayının 1-nə olan həcmi barədə məlumat verilir:

(mln. AZN)


Lizinq təşkilatları

Lizinq portfeli


1

UniLeasing

1,800

2

AGLeasing

1,000

3

AtaLeasing

1,000

4

Joint Leasing

0,700

5

Texnika Leasing

0,200

6

Nikoil Leasing

0,100

7

Parex Leasing & Factoring

0,040




Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında nizamnamə kapitalının həcminə görə «UniLeasing» şirkəti liderlik edir.
İlk üçlüyə həmçinin «AGLeasing» və «AtaLeasing» şirkətləri daxildir. Bu üç şirkətin məcmu nizamnamə kapitalının həcmi 2009-cu ilin əvvəlinə 3,8 mln. manat təşkil edir. Sonrakı yerləri tutan 4 şirkətin nizamnamə kapitalının ümumi həcmi isə bu göstəricidən 3,7 dəfə azdır.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR