Ümumilikdə, ötən ilin əvvəlindən bank aktivləri 3 547,8 mln. manat və ya 52,8% artıb:
Qeyd edək ki, bank aktivlərinin orta aylıq artımı 295,7 mln. manat təşkil etdiyi halda, dekabrda artım bu göstəricindən 25% yüksək olub.
Dünya maliyyə böhranı şəraitində Azərbaycanda bank aktivlərinin artması çox mühüm amildir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan banklarının xarici borcu, o cümlədən xaricdən alınan kreditlərin məcmu həcmi tarixi maksimuma - 2 mlrd. manata çatıb. Belə olan şəraitdə bank aktivlərinin azalmasını gözləmək olardı, çünki banklar öhdəliklərini qaytarmaq məcburiyyəti qarşısında adətən aktiv əməliyyatlarını dayandırır və ya kəskin azaldır. Lakin göründüyü kimi, Azərbaycanda bu proses baş vermir. Hətta, aktivlərin artımı əsasən kreditlərin çoxalması hesabına baş verir. Belə ki, dekabrda Azərbaycan banklarının məcmu kredit portfelinin artımı 307,7 mln. manata bərabər olub.