Bank Of Baku

2008-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsində 40 592 761,4 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb

2008-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsində 40 592 761,4 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb
# 24 yanvar 2009 08:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində 40 592 761,4 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 47 756 229,4 min dolları ixrac, 7 163 467,9 min dolları isə idxal olmaqla 54 919 697,3 min dollar təşkil edib. O cümlədən, hesabat dövründə ölkəyə 34 558,4 min dollar dəyərində 4 853,3 ton əmtəə təmənnasız kömək, humanitar və texniki yardım kimi daxil olub. Ötən il ixrac əməliyyatlarının həcmi 2007-ci illə müqayisədə təxminən 7 dəfə, idxal əməliyyatlarının həcmi isə 25,38% artıb.

Müvəqqəti ixrac rejimində Azərbaycandan 318 283,8 min dollar dəyərində mal ixrac edilib, 472 017,9 min dollar dəyərində mal isə müvəqqəti idxal olunub.

İxracın strukturunda əsas yeri xam neft (92,49%), neft məhsulları (4,30%), qara metallar və onlardan hazırlanan məmulatlar (0,48%), meyvə və tərəvəz (0,45%), bitki və heyvan mənşəli yağlar (0,26%), idxalda isə maşın, elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların hissələri (30,82%), nəqliyyat vasitələri və onların hissələri (16,98%), ərzaq məhsulları (12,50%), qara metallar və onlardan hazırlanan məmulatlar (9,30%), əczaçılıq məhsulları (1,51%) və s. təşkil edib.

Azərbaycanın ixracatında birinci üç yeri İtaliya (40,25%), ABŞ (12,59%), İsrail (7,55%), idxalında isə Rusiya (18,83%), Türkiyə (11,27%) və Almaniya (8,36%) tutub.

Qeyd edək ki, hesabat dövründə xarici ticarətlə 13 265 hüquqi və fiziki şəxs məşğul olub. İxrac əməliyyatında dövlət sektorunun payı 37,81%, özəl sektorun payı 61,78%, fiziki şəxslərin payı isə 0,41% olub. İdxal əməliyyatlarında isə bu rəqəm müvafiq olaraq 24,73%, 70,14% və 5,13% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR