Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi 2009-cu ildə sahibkarlığın inkişafına ilk vəsait ayırıb

Azərbaycan Maliyyə Nazirliyi 2009-cu ildə sahibkarlığın inkişafına ilk vəsait ayırıb
# 24 yanvar 2009 09:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sahibkarlığın inkişafı üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 2009-cu ildə ilk vəsait ayırıb. Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, dövlət büdcəsindən SKMF-a köçürülən vəsaitin həcmi 37 mln. manat təşkil edib.
Qeyd edək ki, bu il ərzində SKMF-a ümumilikdə 80 mln. manat vəsait ayrılacaq.

Xatırladaq ki SKMF vəsaiti bank-agentlərə illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayrılır. Ötən il dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi üçün SKMF-ə 80 mln. manat (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına) ayrılıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.

Onu da əlavə edək ki, 2002-ci ildən etibarən SKMF-in kredit portfeli təxminən 300 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR