Bank Of Baku

«Atəşgah Sığorta»nın daxilolmaları ötən il 20% artıb

«Atəşgah Sığorta»nın daxilolmaları ötən il 20% artıb
# 26 yanvar 2009 06:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkətinin 2008-ci il ərzində topladığı sığorta haqlarının həcmi 17,542 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin yekunları ilə müqayisədə 20,4% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişləri 27,5% artaraq 4,483 mln. manata çatıb.
Ötən il ərzində şirkət könüllü sığorta növləri üzrə 17,447 mln. manat, icbari sığorta növləri üzrə isə 0,095 mln. manat həcmində sığorta haqqı toplayıb. Ödənişlərdə isə 4,298 mln. manat könülü, 0,185 mln. manat icbari sığorta növləri üzrə ödənilib.
Bu müddət ərzində daha çox sığorta haqqı (7,381 mln. manat) və ödəniş (2,359 mln. manat) «Avtonəqliyyat vasitələrinin sığortası» üzrə həyata keçirilib.
Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» şirkəti (21%) çıxış edir. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR