Bank Of Baku

Azərbaycan Asiya İnkişaf Bankının Çində keçiriləcəyi seminarlarda iştirak edəcək

Azərbaycan Asiya İnkişaf Bankının Çində keçiriləcəyi seminarlarda iştirak edəcək
# 26 yanvar 2009 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Quancouda (Çin) keçiriləcək seminarlarda iştirak edəcək.
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin fevralın 17-19-da Quancouda birgə gömrük nəzarəti məsələləri, fevralın 20-21-də təhsilə olan tələbatın qiymətləndirilməsi və fevralın 23-24-də «CAREC dəhlizləri: effektivliyin ölçülməsi və monitorinqi» mövzusunda seminarlar keçiriləcək. Seminarlara Əfqanıstan, Monqolustan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələr qatılacaq. «Azərbaycanı bu tədbirlərdə Dövlət Gömrük Komitəsi və Azərbaycan Yol Yükdaşımaları Assosiasiyasının nümayəndələri təmsil edəcəklər», - deyə AİB-in Bakı ofisindən bildirilib.
Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR