Bank Of Baku

AGBI indeksi 1,0183, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0183, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 26 yanvar 2009 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2009-cu ilin yanvar ayının 26-na 0,018 bənd və ya 1,8% artaraq 1,0183 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0001 təşkil edib.
AGBI indeksinin artması yanvarın 23-də istiqrazların iki buraxılışı üzrə yerləşdirmələr nəticəsində baş verib. Belə ki, 10200322S seriyalı olan üç aylıq istiqrazlar üzrə yerləşdirmənin həcmi 2 586 200 manat, 10500422S seriyalı olan bir illik istiqrazlar üzrə 1 083 200 manat təşkil edib ki, nəticədə dövriyyədə olan istiqrazların həcmi 3 669 400 manat artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR