Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» Bakıda yeni filial açıb

«YapıKredi Bank Azerbaijan» Bakıda yeni filial açıb
# 26 yanvar 2009 07:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» Səhmdar Kommersiya Bankının (keçmiş «KoçBank Azerbaijan») Bakıda daha bir filialını istifadəyə verib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Bakı şəhəri, Azadlıq prospekti,151 ünvanında yerləşir. Filialda fiziki və hüququ şəxslərə istehlak və biznes kreditləri, plastik kartlarla iş, depozitlər və xəzinədarlıq kimi xidmətlər göstəriləcək. Qeyd edək ki, bununla da bankın filiallarının sayı 4-ə çatıb.
Bankdan həmçinin bildirilib ki, 2010-cu ilə kimi bank tərəfindən daha 13 filialın açılması nəzərdə tutulub. Filiallar Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Sumqayıt, Quba, Lənkəranda rayonlarda açılacaq.
Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 173,628 mln. manat, kredit portfeli 78,725 mln. manat, depozit portfeli 128,795 mln. manat, məcmu kapitalı 26 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,496 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 3 mübadilə məntəqəsi, 13 bankomatı və 45 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR