«APA-Economics»in məlumatına görə, hesabat həftəsində dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində aparılan ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,8032 manatdan 0,8053 manatadək dəyişib. Yəni, bu müddət ərzində dolların manata qarşı məzənnəsi 0,26% artıb. Qeyd edək ki, bununla yanaşı rəsmi məzənnə həftə ərzində 0,22%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,11%, nağd satış məzənnəsi isə 0,12% yüksəlib:
Beləliklə, ötən həftə valyuta bazarında dolların manata qarşı məzənnəsinin artımı müşahidə olunub. Bununla belə, əvvəlki həftə ilə müqayisədə həcm göstəricilərinin artmasına baxmayaraq, dollar üzrə birjada ticarət əməliyyatlarının həcmcə azalması, avro üzrə isə ümumiyyətlə, aparılmaması müşahidə olunur.
Qeyd edək ki, ötən həftə ərzində avronun məzənnəsi dollardan nisbətən daha nəzərə çarpan dərəcədə dəyişib. Həftə ərzində Azərbaycanda avronun məzənnəsinin enməsi 2,82% təşkil edib: