Bank Of Baku

Azərbaycanda sığortaçı və təkrarsığortaçılar üçün test imtahanı fevralın 3-də keçiriləcək

Azərbaycanda sığortaçı və təkrarsığortaçılar üçün test imtahanı fevralın 3-də keçiriləcək
# 26 yanvar 2009 08:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığortaçıların, təkrarsığortaçıların və hüquqi şəxs sığorta brokerlərinin rəhbər işçi vəzifələrinə namizədlər üçün test imtahanının vaxtını müəyyənləşdirib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinin tələbinə, həmçinin Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq, test imtahanları fevralın 3-də saat 10:00 və 14:00-da keçiriləcək. İmtahan üçün qeydiyyat imtahanın keçiriləcəyi gün müvafiq olaraq saat 09:15 və 13:15-də başlanır.
Qeyd edək ki, imtahanda 22 nəfər iştirak edəcək, bunların arasında ölkədəki bir sıra sığorta təşkilatının rəhbərləri, baş mühasibləri və s. vəzifəli şəxslər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR