Bank Of Baku

Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verilən avadanlığın dəyəri üzrə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verilən avadanlığın dəyəri üzrə renkinqi
# 26 yanvar 2009 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın maliyyə sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin əsas göstəricilərinin qiymətləndirilməsi layihəsi çərçivəsində «APA-Economics» lizinq təşkilatlarının rüblük renkinqlərini hazırlayır.
Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətləri tərəfindən lizinqə verilən avadanlıqların dəyəri (2009-cu il yanvar ayının 1-nə) barədə məlumat verilir:

Lizinq şirkətləri

Avadanlıqların dəyəri


(mln. AZN)

Müqavilələrin sayı


1

UniLeasing

51,02

750

2

Parex Leasing & Factoring

25,11

934

3

Joint Leasing

23,08

384

4

AGLeasing

10,08

131

5

Nikoil Leasing

6,95

11

6

AtaLeasing

4,56

93

7

Texnika Leasing

2,92

48



Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında lizinqə verilən avadanlığın dəyərinə görə «UniLeasing» şirkəti liderlik edir. İlk üçlüyə həmçinin «Parex Leasing & Factoring» və «Joint Leasing» şirkətləri daxildir. Bu üç şirkətin lizinqə verdiyi avadanlıqların məcmu dəyəri 2009-cu ilin əvvəlinə təxminən 100 mln. manata çatır. Sonrakı yerləri tutan dörd şirkətin verdiyi avadanlıqların məcmu dəyəri isə bu göstəricidən təxminən 4 dəfə azdır.
Bundan başqa, cədvəldə şirkətlərin lizinq müqavilələrinin sayı da göstərilib. Bu sırada isə ilk yeri Latviyanın «Parex Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing & Factoring» tutub. Sonrakı yerlərdə isə «UniLeasing» və «Joint Leasing» şirkətləri qərarlaşıb.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR