Bank Of Baku

Ümumdünya maliyyə böhranının səbəbkarlarının siyahısı açıqlanıb

Ümumdünya maliyyə böhranının səbəbkarlarının siyahısı açıqlanıb
# 26 yanvar 2009 10:31 (UTC +04:00)
APA-nın məlumatına görə, məqalənin müəllifi Culiya Finç mövcud maliyyə böhranının ilk növbədə insan faktoru nəticəsində meydana çıxdığını bildirib. Xanım Fimçin tərtib etdiyi siyahıda ilk yeri ABŞ Federal Ehtiyatlar Sisteminin sabiq rəhbəri Alan Qrinspen dayanır. Böhranın yaranmasında bu və ya digər formada günahı olan şəxslərin siyahısında sonrakı yerləri vətəndaşlara ipoteka kreditlərinin verilməsinə dair qanunların qəbulunda önəmli rol oynayan ABŞ-ın sabiq prezidenti Bill Klinton, bu prosesi dayandırmayan, əksinə miqyasını daha da genişləndirən Corc Buş, maliyyə dairələrinin maraqlarının istehsalçılardan üstün tutan Britaniyanın baş naziri Qordon Braun da daxildir. Siyahıda həmçinin ABŞ və Britaniyanın nüfuzlu maliyyə qurumlarının, o cümlədən “American International Group Inc” sığorta şirkətinin, Goldman Sachs, Lehman Brothers, Merrill Lynch, Halifax Bank of Scotland, Royal Bank of Scotland, Bradford & Bingley, Northern Rock, Bear Stearns, Bank of England banklarının adları da yer alıb. “Guardian” qəzeti həmçinin ümumdünya maliyyə böhranında maliyyəçi Corc Soros, milyarder Uorren Baffet və Con Polsinu da ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR