Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» ötən il aktivlərini 27% artırıb

«YapıKredi Bank Azerbaijan» ötən il aktivlərini 27% artırıb
# 26 yanvar 2009 10:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 173,628 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 26,5% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 55% genişlənərək 128,795 mln. manata, kredit portfeli 5,4 artaraq 78,724 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi təxminən 2 dəfə artaraq 3,046 mln. manata çatıb. Bankın məcmu kapitalı 2 dəfə artaraq 26 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,3 dəfə artaraq 14,496 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 26,7% artaraq 12,825 mln. manat, xərcləri isə 0,03% artaraq 6,044 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 66,2% artaraq 6,782 mln. manat təşkil edib.
Həmçinin, bu dövr ərzində bank əlavə 1 filial və 1 mübadilə məntəqəsi açıb, 3 bankomat və 21 POS-terminal quraşdırıb. Bankın işçilərinin sayı 79% artaraq 102 nəfər, orta aylıq əmək haqqı isə 35% artaraq 1 640 manat təşkil edib.
Xatırladaq ki, ötən il ərzində bankın ümumi vergi ödənişləri 31% artaraq 1,555 mln. manat, PR və marketinq xərcləri 6,1 dəfə artaraq 40,63 min manat olub.
Təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB (keçmiş «Koçbank Azərbaycan») Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 4 filialı, 4 mübadilə məntəqəsi, 13 bankomatı və 45 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR