Bank Of Baku

Fevralda «Qala Sığorta» şirkətinin səhmdarlarının iclası keçiriləcək

Fevralda «Qala Sığorta» şirkətinin səhmdarlarının iclası keçiriləcək
# 26 yanvar 2009 11:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının 27-də Azərbaycanın «Qala Sığorta» şirkətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
«Qala Sığorta» şirkətinin İdarə Heyətinin sədri Abbas Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, iclasda şirkətin 2008-ci il üzrə fəaliyyətinin nəticələri, mənfəətin bölüşdürülməsi, cari məsələlər və 2009-cu il üçün görüləcək işlər müzakirə olunacaq.
Xatırladaq ki, «Qala Sığorta» üçün müddətsiz lisenziya Maliyyə Nazirliyi tərəfindən 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri sırasına «AzRe» təkrarasığorta şirkəti (60%) və 1 nəfər fiziki şəxs (40%) daxildir. Ötən ilin oktyabr ayının 1-nə şirkətin topladığı sığorta haqlarının həcmi 20 min manat, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR