Bank Of Baku

Azərbaycanda bankların məcmu kapitalı son bir ildə 48% artıb

Azərbaycanda bankların məcmu kapitalı son bir ildə 48% artıb
# 26 yanvar 2009 12:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları üzrə məcmu kapitalın həcmi 2009-cu ilin yanvar ayının 1-nə 1 491,7 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən il ərzində 47,8% artıb:




Hesabat ilində bank sektoru üzrə məcmu kapitalın orta aylıq artımı 40,2 mln. manat təşkil etdiyi halda, dekabrda artım tempi 67,7 mln. manata bərabər olub.
Qeyd edək ki, məcmu kapitalın strukturuna nizamnamə kapitalı və bölüşdürülməmiş mənfəət daxildir. Cari ilin yanvarın 1-nə məcmu kapitalın passivlərdə xüsusi çəkisi 14,5% təşkil edib. Ötən ilin əvvəlində isə bu göstərici 15%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR