Bank Of Baku

Ötən il Azərbaycanda məcmu bank kredit portfeli 1,5 dəfə artıb

Ötən il Azərbaycanda məcmu bank kredit portfeli 1,5 dəfə artıb
# 26 yanvar 2009 13:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu kredit portfelinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 6 988,4 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 53,5% çoxdur.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, dekabrda kredit portfeli 4,6% artıb:




Ötən il ərzində kredit qoyuluşlarının orta aylıq artımı 202,9 mln. manat təşkil etdiyi halda, oktyabrda bu göstərici 77,7 mln. manat, noyabrda 158 mln. manat, dekabrda isə 307,7 mln. manat olub.
Məlum olduğu kimi, sentyabrda dünya maliyyə böhranı açıq şəkildə özünü büruzi verib və artıq növbəti ayda bu, Azərbaycanda da özünü göstərib. Nəticədə, xarici öhdəlikləri yüksək səviyyədə olan Azərbaycan bankları bu öhdəlikləri icra etmək üçün aktiv əməliyyatları və ilk növbədə kreditləşməni məhdudlaşdırıb. Həm mərkəzi bankın addımları, o cümlədən uçot dərəcəsinin və ehtiyat normalarının endirilməsi, həm daxili bazarda borc qaytarma qabiliyyətin aşağı düşməməsi, həm də xarici tərəfdaşların maliyyə vəziyyətinin kəskin pisləşməməsi səbəbindən Azərbaycan bankları oktyabrda yol verən ehtiyatlanmanı sonradan bir qədər zəiflədib. Bunun nəticəsi olaraq, növbəti ayda kredit portfelin artımı orta aylıq göstəricidən cəmi 22% az olub, dekabrdakı artım isə orta aylıq göstəricini 1,5 dəfə üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR