Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətlərinin investisiyalarının (2009-cu il yanvar ayının 1-nə) artım tempi (2007-ci ilin nəticələrinə nisbətən) barədə məlumat verilir:
Lizinq təşkilatları | İnvestisiyaların artımı (%) | |
1 | Texnika Leasing | 64,7 |
2 | Parex Leasing & Factoring | 35,7 |
3 | UniLeasing | 19,5 |
4 | AtaLeasing | 11,0 |
5 | Joint Leasing | - 1,3 |
6 | AGLeasing | - |
7 | Nikoil Leasing | - |
* «Nikoil Leasing» şirkəti 2007-ci ilin sonundan fəaliyyətə başlayıb.
Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında investisiyanın artım tempinə görə «Texnika Leasing» şirkəti liderlik edir. Belə ki, bu şirkətin investisiya yatırımlarının artım tempi 2008-ci il ərzində 64,7% olub. Sonrakı yerləri isə Latviyanın «Parex Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing & Factoring» və «UniLeasing» şirkətləri tutub.
Qeyd edək ki, bu müddət ərzində «Joint Leasing» şirkətinin investisiyalarının həcmində 1,3% azalma baş verib. «AGLeasing» şirkəti isə müvafiq göstəricisini təqdim etməyib.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.