Bank Of Baku

«AccessBank» ötən il aktivlərini 70% artırıb

«AccessBank» ötən il aktivlərini 70% artırıb
# 26 yanvar 2009 14:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 198,863 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 70% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,1 dəfə genişlənərək 17,279 mln. manata, kredit portfeli 71,4% artaraq 165,941 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 2,1 dəfə artaraq 42,863 mln. manat, o cümlədən nizamnamə kapitalı 81,8% artaraq 20 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 2 dəfə artaraq 46,394 mln. manata, xərcləri isə 21% artaraq 20,435 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 2,3 dəfə artaraq 13,415 mln. manat, xalis mənfəəti isə 2,2 dəfə artaraq 10,532 mln. olub. Bu müddət ərzində bank əlavə 5 filial açıb, 4 bankomat quraşdırıb.
Xatırladaq ki, «AccsesBank» SKB 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb. Ötən ilin sentyabr ayının 8-də bankın brendi dəyişdirilib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Hazırda bankın respublika üzrə 19 filialı, 19 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın işçilərinin sayı 864 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR