Bank Of Baku

Melli İran Bankının Bakı filialı ötən il depozitlərini 40%, kredit portfelini isə 24% azaldıb

Melli İran Bankının Bakı filialı ötən il depozitlərini 40%, kredit portfelini isə 24% azaldıb
# 27 yanvar 2009 07:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Melli İran Bankının Bakı filialının aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 19,805 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 8,2% azdır.
Bankın Bakı filialından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 39,8% azalaraq 2,394 mln. manat, kredit portfeli 24% azalaraq 5,959 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 35,3% azalaraq 4,668 mln. manat olub. Həmçinin, bankın məcmu kapitalı 2,4% azalaraq 11,123 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 88% artaraq 11,475 mln. manata, xərcləri isə 2,2 dəfə artaraq 10,214 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 2007-ci ilə nisbətən 15,8% azalaraq 1,261 mln. manat, xalis mənfəəti isə 17% azalaraq 966 min manat olub.
Xatırladaq ki, bu müddət ərzində bankın işçilərinin sayı 4,5% artaraq 23 nəfər, orta aylıq əmək haqqı isə 46,7% artaraq 660 manat təşkil edib.
Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR