Bank Of Baku

«Bank Avrasiya» 2008-ci ildəki fəaliyyətinin nəticələrini açıqlayıb

«Bank Avrasiya» 2008-ci ildəki fəaliyyətinin nəticələrini açıqlayıb
# 27 yanvar 2009 07:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 45,171 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 76,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində bankın uğurlu fəaliyyəti nəticəsində depozit portfeli 3,8 dəfə genişlənərək 20,857 mln. manata, kredit portfeli 155 dəfə artaraq 27,074 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 32,1 dəfə artaraq 5,631 mln. manata çatıb. Bankın məcmu kapitalı 2,6% artaraq 20,434 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat olub.
Həmçinin, bu müddət ərzində bank SWIFT, AZIPS, XÖHKS, Bakı Banklararası Valyuta Birjası, Əmanətlərin Sığortalanması Fondu, Sahibkarlığa Kömək Milli Fondu və «MasterCard İnternational» kimi təşkilatlara üzv olub. Hazırda «Bank Avrasiya» bütün növ bank xidmətləri göstərir ki, bura kassa-hesablaşma əməliyyatları, müxtəlif növ depozitlər, biznes və istehlak kreditləri, plastik kartlarla əməliyyatlar, sürətli pul köçürmələri, mobil rabitə operatorlarının ödəmələrinin qəbulu və depozit seyflərinin icarəsi daxildir.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 28,9 dəfə artaraq 5,687 mln. manata, xərcləri isə 25,9 dəfə artaraq 5,599 mln. manata çatıb. Nəticədə, bankın 2008-ci ildə əldə etdiyi mənfəətin həcmi 88,4 min manat təşkil edib.
Bankdan bildirilib ki, 2009-cu ildə filial şəbəkəsinin yaradılması və genişləndirilməsi «Bank Avrasiya»nın qarşısında duran əsas məqsədlərindən biridir. Yaxın vaxtlarda bankın Sumqayıt şəhərində ilk regional filialı fəaliyyətə başlayacaq. Bununla yanaşı, bank bu il Bakı və regionlarında daha üç filial açmağı nəzərdə tutub.
Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Hazırda bankın 1 bankomatı, 16 POS-terminalı və 1 mübadilə məntəqəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR