Bank Of Baku

«Xalq Bank» ötən il aktivlərini 90% artırıb

«Xalq Bank» ötən il aktivlərini 90% artırıb
# 27 yanvar 2009 09:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 403,710 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 90,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 2,2 dəfə genişlənərək 298,325 mln. manat, kredit portfeli 2,3 dəfə artaraq 360,649 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 32,6% azalaraq 5,427 mln. manat olub. Həmçinin, bu müddət ərzində bankın məcmu kapitalı 16,2% artaraq 57,235 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 53,550 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il bankın gəlirləri 2,2 dəfə artaraq 47,172 mln. manata, xərcləri isə 2,4 dəfə artaraq 46,277 mln. manata çatıb. Nəticədə, 2008-ci ildə bankın mənfəəti 2,3 dəfə azalaraq 895 min manat, xalis mənfəəti isə 2,9 dəfə azalaraq 649 min manat olub.
İl ərzində bank tərəfindən 4 filial açılıb, həmçinin 11 bankomat və 11 POS-terminal quraşdırılıb. Bu müddət ərzində bankın işçilərinin sayı 52,8% artaraq 249 nəfərə çatıb.
Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» SKB 2004-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 8 filialı 21 bankomatı və 31 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR