Bank Of Baku

«A-Group» sığorta şirkəti müştəriləri avtomobillə təmin edəcək

«A-Group» sığorta şirkəti müştəriləri avtomobillə təmin edəcək
# 27 yanvar 2009 09:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev, Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkəti «Yol yoldaşı» sığorta proqramında nəzərdə tutulan xidmətlərin çeşidini genişləndirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, qəza yerinə təcili tibbi yardım maşınının çatdırılması və digər xidmətləri nəzərdə tutan bu proqram çərçivəsində sığorta olunmuş avtomobilin təmir zamanı şirkət öz müştərilərini müvəqqəti nəqliyyat vasitəsi ilə də təmin edəcək. Həmçinin bildirilib ki, bu xidmət hətta qəza sığortası olmadığı təqdirdə də göstəriləcək. Şirkət müştərilərə 30 gündən çox olmayan müddətə müvəqqəti nəqliyyat vasitəsi kimi «Nissan Xtrail», «Subaru İmpreza», «Toyota Corolla» markalı avtomobillər təklif edəcək.
Qeyd edək ki, bu təcrübəni (müştəriləri alternativ avtomobillə təmin etmək) Azərbaycanda ilk dəfə «AzSığorta» şirkəti tətbiq edib. Bu şirkət öz müştərilərini bütün növ (sedan, heç-bek və universal) avtomobillərlə təmin edir.
Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,766 mln. manat, ödənişləri isə 3,33 mln. manat olub. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat təşkil edir. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR